Siyavuş Novruzov minatəmizləmədə iştirak edənlərə müharibə veteranı statusunun verilməsini təklif edib
Minatəmizləmə fəaliyyətində iştirak edən şəxslərə müharibə veteranı statusunun verilməsi təklif edilib. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə deputata cavabında bildirib ki, təklif müzakirə olunsa belə, humanitar minatəmizləmə əməliyyatları hərbi əməliyyatlar bitəndən sonra icra edildiyindən müharibə veteranı statusunun verilməsi onlara şamil edilməyəcək.
Facebook-da paylaş








