Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan Muxtar Respublikasının hökumət sədrliyinə namizəd Zurab Pataradzenin təqdimatı zamanı onun Azərbaycanla bağlı fəaliyyətinə xüsusi toxunub.

Şəffaflıq.az xəbər verir ki, Baş nazir bildirib ki, Zurab Pataradzenin Azərbaycan Respublikasında səfir kimi fəaliyyəti dövründə iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Onun sözlərinə görə, bu prosesdə Pataradzenin şəxsi rolu mühüm əhəmiyyət kəsb edib.

"Zurab Pataradze seçilən diplomatdır. Xüsusilə onun Azərbaycan Respublikasında səfir kimi fəaliyyəti diqqətəlayiqdir. Məhz onun səfirliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə keçib və bu prosesdə onun xüsusi şəxsi töhfəsi olub", - deyə İrakli Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə enerji, nəqliyyat və ticarət sahələrində genişlənməkdə davam edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}