Goranboyda kafedə kütləvi dava olub, xəsarət alanlar var
Goranboyda kafedə kütləvi dava olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb. Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəminində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
