Əsas Səhifə > Hadisə > Goranboyda kafedə kütləvi dava olub, xəsarət alanlar var

Goranboyda kafedə kütləvi dava olub, xəsarət alanlar var


Bu gün, 10:24


Goranboyda kafedə kütləvi dava olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəminində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.

Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt