Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Sabah" A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür. Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
