Əsas Səhifə > İdman > Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək


Dünən, 09:35


Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Sabah" A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.

Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.


Geri qayıt