İngiltərə millisinin sabiq qapıçısı Skott Karson 40 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb


İngiltərə millisinin sabiq qapıçısı Skott Karson 40 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "əlcək sahibi" sosial şəbəkə hesbaında yazıb.

O, son olaraq ölkəsinin "Mançester Siti" klubunda çıxış edib.

Qeyd edək ki, təcrübəli qolkiper yığmada 4 oyun keçirib və 4 qol buraxıb. Karson İngiltərənin "Lids", "Liverpul", "Şeffild Uenzdi", "Çarlton", "Aston Villa", "Vest Bromviç", "Uiqan", "Derbi Kaunti" klublarında, eləcə də Türkiyənin "Bursaspor" komandasında çıxış edib.

O, dördqat İngiltərə çempionu, ikiqat Çempionlar Liqasının, ikiqat UEFA Super Kubokunun, eləcə də İngiltərə Kuboku, Liqa Kuboku və klublararası dünya çempionatının qalibidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}