TƏBİB Salyandakı qəzada xəsarət alanların vəziyyətini açıqlayıb
Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi istiqamətində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (1 qadın, 4 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








