Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI - YENİLƏNİB


Cəlilabadda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın məlumatına görə, xəsarət alanlar Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləridir.

Həmin şəxslərin adı aşağıdakı kimidir:

1973 - cü il təvəllüdlü K. Məhərrəmov;

1974 - cü il təvəllüdlü G. Həbibova;

1970 - ci il təvəllüdlü A. Nəsirova;

1980 - ci il təvəllüdlü A. Nəsirova;

1988 - ci il təvəllüdlü N. Qurbanova;

1981-ci il təvəllüdlü A. Qurbanova;

1966-ci il təvəllüdlü R. Əliyeva;

2012 - ci il təvəllüdlü İ. İsmayıllıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:50

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

20:38

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

“Report”un məlumatına görə, “QAZel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

20:29

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

“Report”un məlumatına görə, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}