Premyer Liqa: "Qarabağ" "Şamaxı" ilə heç-heçə edib


Misli Premyer Liqasının IX turunda "Qarabağ" evdə "Şamaxı" ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

Bu nəticədən sonra "Qarabağ" 17 xalla ikinci pillədə qərarlaşıb. 10 xala malik "Şamaxı" isə 9-cu yerdədir.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" "Sumqayıt"ı (1:0), "Neftçi" "Qəbələ"ni (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}