Misli Premyer Liqasının XVII turunda “Neftçi” “Kəpəz” üzərində qələbə qazanıb.


Misli Premyer Liqasının XVII turunda “Neftçi” “Kəpəz” üzərində qələbə qazanıb.

Şəffaflıq.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Yeqor Boqomolski (4) və Filip Ozobiç (22) fərqlənib. Gəncə təmsilçisinin qolunu isə 77-ci dəqiqədə Orxan Əliyev rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Neftçi" yeddinci pilləyə yüksəlib. "Kəpəz" isə 10 xalla doqquzuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail”, “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib. XVII tura sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}