Məhkəmə Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.


Məhkəmə Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.

Şəffaflıq.az-ın məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edib.

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}