Dünya çempionatı: Azərbaycanın bir güləşçisi qızıl, digəri gümüş medal qazanıb
Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı sona yaxınlaşır. Şəffaflıq.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 2 üzvü həlledici görüşə çıxıb. Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub. Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Xəbəri paylaş
Facebook-da paylaş








