Cəbrayılda fotosərgi və film təqdimatı keçirilib


Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı fotosərgi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu sərgiyə baxıblar. Fotosərgi Böyük Qayıdışın mübariz insan hekayələrini və bu ərazilərə yenidən həyatın qayıtmasını sənət dili ilə çatdırıb. Daha sonra "Bura mənim evimdir" filmi nümayiş olunub.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdışın önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış edərək Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə söz açıblar. Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar fotoqrafların Böyük Qayıdışın uğurlu addımlarını işıqlandırdıqlarını, onun fotosalnaməsinin yaradılmasında töhfə verdiklərini vurğulayıblar.

"Bura mənim evimdir" sənədli filmində ABŞ-nin Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlşini əks etdirir.

Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və Cəbrayıl şəhərinin sakinlərini iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan "Bura mənim evimdir" sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}