Gümrü meri həbs edilib


Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Gümrü meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qərarı hakim Vardges Sarkisyan qəbul edib.

Oktyabrın 20-də səhər saatlarında güc strukturları Gümrü meriyasında axtarış aparıblar. Daha sonra məlum olub ki, Qukasyan və yeddi nəfər rüşvət almaq ittihamı ilə saxlanılıb. İstintaqın məlumatına görə, Qukasyan və meriyanın baş memari təxminən 1,5 min kvadratmetr sahəsi olan qanunsuz tikilini sökməmək barədə razılaşıblar, əvəzində sahibindən rüşvət kimi təxminən 10 min dollar tələb ediblər. KİV-in məlumatlarına görə, söhbət "Fabrika" mağazalar şəbəkəsinin sahibi, sahibkar Sevak Qomtsyandan gedir. Bundan əlavə, Ermənistan İstintaq Komitəsi Qukasyanın dəstəklənməsi ilə bağlı keçirilən aksiyasının bəzi iştirakçılarına qarşı "kütləvi iğtişaşlar" maddəsi ilə iş açıb. Ümumilikdə, 30-dan çox etirazçı saxlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}