Zaqatalada avtomobil qəzası olub, xəsarət alanlar var
Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb. Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
