Rəşad Sadıqov: "Bu gün vacib 3 xal qazandıq"


"Zirə" Misli Premyer Liqasının IX turunda "Sumqayıt"ı məğlub etməklə vacib 3 xal qazanıb.

Şəffaflıq.az xəbər verir ki, bunu mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis 1:0 hesablı qələbəni şərh edib:

"Yaxşı təşkilatlanmış rəqibə qarşı oyanayacağımızın fərqində idik. Oyuna yaxşı başladıq. İlk hissədə üstün oynadıq və hesabı açdıq. Fasilədən sonra isə rəqib bərabərliyi təmin etmək üçün irəli atıldı. Amma futbolçularım xarakter göstərdilər və rəqibin fərqlənməsinə imkan vermədilər. Bu gün vacib 3 xal qazandıq".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}