Zelenski: Ukrayna Fransadan əlavə "Mirage" qırıcıları alacaq
Ukrayna tezliklə Fransadan əlavə "Mirage 2000" qırıcı təyyarələri ala bilər və bu barədə qərar artıq qəbul edilib. Kiyev həmçinin hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər də alacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün telegram kanalında yayımladığı videomüraciətində bildirib. Ukraynaya əlavə döyüş təyyarələri və raketlərin, həmçinin PUA-ları ələ keçirən vasitələrin tədarük ediləcəyini bəyan edən Zelenski ölkəsinə göstərdiyi köməyə görə Britaniya və Fransaya təşəkkür edib. "Ukraynaya əlavə "Mirage" qırıcıları və hava hücumundan müdafiə raketləri tədarük etmək qərarı var. Böyük Britaniya bizə hava hücumundan müdafiə, həmçinin raketlər və dronları ələ keçirən vasitələrin istehsalı ilə bağlı köməklik göstərməyə davam edəcək".
Facebook-da paylaş








