Tramp: ABŞ HƏMAS-a qarşı güc tətbiq etməyə hazırdır


ABŞ Prezidenti Donald Tramp əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib.

"Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib", – ABŞ lideri bildirib.

Eyni zamanda Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır:

"HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq".

Qeyd edək ki, İsrail və HƏMAS bundan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}