Nəyə görə avtobus oturacaqlarının üslubu bütün dünyada eynidir...



Bütün şəhər avtobuslarında, bəzi qatarlarda və şəhərlərarası avtobuslarda oturacaqların üzlənməsinin dizaynı 80-ci illərə bənzəyir. Retro dizaynları xatırladan bu naxışlar niyə bütün dünyada eyni üslubdadır?

Şəffaflıq.az xəbər verir ki, göz qamaşdıran rənglər və təsadüfi seçilmiş kimi görünən naxışlarla örtülmüş üzlüklərin dizaynı insan yox, kompüter alqoritmləri tərəfindən hazırlanıb. Mütəxəssislərin fikrincə, bu dolaşıq naxışlar əslində illüziya yaratmaq məqsədi daşıyır.

Ağ və krem kimi açıq tonlar yerinə çox vaxt mavi, qara və tünd qırmızı kimi rənglərə üstünlük verilir. Dizayn monotondur, rənglərin kontrastı və parlaqlığı çoxdur. Seçilmiş naxış bütün parça boyunca təkrarlanır. 

Oturacaqların belə parçalarla üzlənməsinə səbəb isə, əslində diqqətimizi yayındırmaqdır. Yəni bizdən tələb edilən odur ki, diqqətimizi bu rənglərə və qəribə naxışlara verərək, parça üzərindəki ləkələr, kirlərə, cırıqlara, cızıqlara fikir verməyək. Çünki naxış nə qədər mürəkkəb və təəccüblü rənglərdirsə, ləkələri və tozu görmək bir o qədər çətinləşir. Avtobus oturacağı gündə yüzlərlə insan tərəfindən istifadə olunur. Parçalardakı naxışlar aşınmanı gizlətmək üçün istifadə olunur. Əgər oturacaqlar üzərində aşınmanın və çirkin asanlıqla görünə biləcəyi dizaynlar olsaydı, bu, bələdiyyələrə və şirkətlərə əlavə təmizləmə və dəyişdirmə xərcləri gətirərdi.

Bənzər bir yanaşma hərbi kamuflyajlarla da mövcuddur. Ətraf mühitə qarışmaq və daha az ləkəni göstərmək üçün mürəkkəb alqoritmlər vasitəsilə müvafiq nümunələr hazırlanır. Moquette adlanan bu çox xüsusi parça növü ilk dəfə Londonda ictimai nəqliyyatda istifadə edilib. İlk dəfə Fransada meydana çıxan və fransızca “xalça” sözündən alınmış “Moket” sıx ilgək yığınından əmələ gələn bir növ toxunmuş “xovlu” parçadır. Məxmər kimi hissi ilə yanaşı, sərt konstruksiyası yüksək davamlıdır və ictimai nəqliyyat üçün idealdır. Nəfəs ala bilən parça növüdür və istənilən iqlimə uyğundur. Lifdə kiri dərində saxlama xüsusiyyətinə malikdir. Ən əsası, yanğın zamanı alovun yayılmasını minimuma endirmək mümkündür. Həm də suya çox davamlıdır və tez qurutma xüsusiyyətinə malikdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}