Ərdoğan Balıkesirdəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb. Şəffaflıq.az xəbər verir ki, Türkiyə lideri bu barədə "X" hesabında paylaşım edib. "Başda AFAD olmaqla, aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik", - deyə Ərdoğan qeyd edib. Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş








