Türkiyədə 37 qeyri-qanuni miqrant saxlanılıb


Türkiyənin İzmir şəhərinin Aliağa sahillərində 37 qeyri-qanuni miqrant saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, saxlanılan miqrantlardan 13-ü uşaqdır. Həmçinin boğulma təhlükəsiz il üzləşən 28 qeyri-qanuni miqrant xilas edilib. Onlardan 12-nin uşaq olduğu qeyd olunub.

Xatırladaq ki, oktyabrın 24-də Egey dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın bölgədə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 17 nəfər ölüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}