Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib. Faktı TƏBİB "Report"a təsdiqləyib.
Xəbəri paylaş
Facebook-da paylaş
