Sabah 27 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycanda oktyabrın 28-də havanın 27 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq. Şəffaflıq.az
Facebook-da paylaş








