Ucarda yük maşını aşıb, xəsarət alanlar var


Ucarda odunla dolu yük maşını aşıb, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı yük maşınının sürücüsü, 62 yaşlı Ucar sakini Ələddin Bəhərçin oğlu Nuriyev Ucar rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}