İlham Mirzəliyev Bərdədə vətəndaşları qəbul edəcək


"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Bərdədə vətəndaş qəbulu keçirəcək.

Şəffaflıq.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul noyabrın 28-i saat 10:00-da Bərdə və Tərtər sakinləri üçün baş tutacaq.

Qəbul Bərdə rayonunda yerləşən YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 102) keçiriləcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}