Əsas Səhifə > SİYASƏT > İlham Mirzəliyev Bərdədə vətəndaşları qəbul edəcək
İlham Mirzəliyev Bərdədə vətəndaşları qəbul edəcək28-10-2025, 12:04 |
|
"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Bərdədə vətəndaş qəbulu keçirəcək. Şəffaflıq.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul noyabrın 28-i saat 10:00-da Bərdə və Tərtər sakinləri üçün baş tutacaq. Qəbul Bərdə rayonunda yerləşən YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 102) keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Geri qayıt |