FHN: Ötən həftə 13 nəfərin meyiti aşkar edilib
Ötən həftə Fövqəladə Hallar Nazirliyi əməliyyatlar zamanı 13 nəfərin meyitini aşkar edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 169 yanğına çıxış, 31 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 30 nəfər xilas edilib, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Şəffaflıq.az 
Facebook-da paylaş








