Alimlər xəbərdarlıq edir: "Super mutant" koronavirus yarana bilər


 

"SARS-CoV-2" koronavirusu heyvanlarda nəzarətsiz mutasiyaya başlaya və xəstəliyin yeni, daha təhlükəli dalğasının yayılmasına səbəb ola bilər.


Şəffaflıq.az xəbər verir ki, rus alimləri, Profilaktik Tibb Mütəxəssisləri Cəmiyyətinin elmi direktoru Sergey Tokarev və Mechnikov adına Peyvəndlər və Zərdablar Elmi-Tədqiqat İnstitutunun elmi direktoru Vitali Zverev əmindirlər ki, "omikron" ştammını diqqətdə saxlamaq lazımdır.

“İrəli və tərs zoonoz ötürülmə ilə bir gün bəzi super mutantların meydana çıxacağını istisna etmək olmaz. Heç bir halda bizə yumşaq bir "omikron" gəldiyini, ömrü boyu belə olacağını və pandemiyanın bitəcəyini güman edib arxayınlaşmaq olmaz. Mən bu fikirlə tam razıyam ki, arxayınlıq bizi daha böyük təhlükə ilə üzləşdirə bilər", - deyə Tokarev bildirib.

Zverev öz növbəsində, "SARS-CoV-2"nin mənşəyinin birbaşa zoonoz ötürülməsi ilə əlaqəli olduğunu xatırladıb: "Bu da onun xassələrinin "kəskinləşməsinin" təkrarlana biləcəyi etimalının olası deməkdir. Virus bir münbit şərait tapdıqda, o qədər dəyişə bilir ki, ölümcül olur və ya tamamilə fərqli xüsusiyyətlər ala bilir. Eyni şey "COVID-19" ilə də baş verdi. Əvvəlki "SARS" yarasalardan kiçik məməlilərə, onlardan isə artıq insan orqanizminə keçib. O qədər dəyişdi ki, ciddi xəstəliklərə səbəb olmağa başladı”, - deyə alim qeyd edib.

Koronavirusun "omikron" ştammı noyabrın sonunda Botsvana və Cənubi Afrikada aşkar edilib. Tərkibində patogenin hüceyrələrə yoluxması üçün lazım olan S-zülalında onlarla mutasiya var. Tədqiqatçıların fikrincə, "SARS-CoV-2" genomunda baş verən yeni dəyişikliklərin çoxu bu variantın yüksək ötürücülüyünü xəstələnmiş və peyvənd olunmuşların qoruyucu anticisimlərinə qarşı müqavimət göstərir. "Ehtimal ki, bu variant əvvəlcə zəifləmiş immunitet sistemi olan, məsələn, HİV-ə yoluxmuş bir insanın bədənində inkişaf edib", deyə alim bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}