İmmunoloq: “Yeni pandemiyanın ortaya çıxması istisna edilmir”
Yeni pandemiya riskini 100 faiz istisna etmək mümkün deyil.
Şəffaflıq.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmlər doktoru, immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov “RİA Novosti”yə müsahibəsində deyib:
“Heç kim yeni pandemiyanın baş verməyəcəyini 100 faiz deyə bilməz, çünki SARS-COV-2 və digər virusların təbiətdəki dəyişkənlik davam edir. Yeni viruslar ortaya çıxa bilər”.
Bununla yanaşı, mütəxəssisin fikrincə, hazırkı vəziyyətin təhlilinə əsaslanaraq, mövcud koronavirusun pandemiyaya səbəb olan, yeni, daha təhlükəli növünün yayılma riski azdır:
“Buna görə yeni pandemiyanın meydana gəlməsi ehtimalı azdır. Ancaq başqa bir virus da ola bilər. Bu təbii hadisədir: viruslar mutasiyaların daxili mexanizmlərindən asılı olaraq meydana gəlir. Mutasiya nəticəsində meydana çıxan koronavirus insandan insana ötürülür”.
Qeyd edək ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı koronavirus ştammlarının yayılmasının yeni pandemiyaya səbəb olmayacağını bildirmişdi.
Facebook-da paylaş