Alimlər insan orqanizminin koronavirusu “yadında saxladığını” aşkarlayıb

 

İnsan orqanizmi koronavirusdan sağalandan sonra SARS CoV-2 virusunu “yadında saxlayır”. Bu sözügedən xəstəliklə mübarizədə kömək edə bilər.

Şəffaflıq.az Gazeta.ru-ya istinadən məlumat verir ki, Şimali Arizona Universitetinin və Genomika Translyasiyası Tədqiqat İnstitununun alimləri uzun müddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Alimlər immunitet sisteminin bir neçə koronavirusa necə reaksiya verdiyini analiz ediblər. Məlum olub ki, koronavirusdan sağalan xəstələrdə SARS-CoV-2 virusu anticisimlərin reaksiyası ilə üzləşir.

Alimlər nəticələrin koronavirus xəstələrinin diaqnostikası və müalicəsində yeni üsulların inkişafına kömək edəcəyinə inanırlar.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}