Rusiyalı akademik koronavirus vaksininə qarşı çıxdı – Əsla olmaz!
“Mənə belə gəlir ki vaksinasiya ilə bağlı məsələ artıq siyasi müstəviyə keçib və koronavirusla mübarizədən çox- çox uzaqa qalıb”.
Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev Rossiya kanalına verdiyi müsahibədə bildirib ki, hazırda koronavirusa qarşı hazırlanmış vaksinlərin tətbiqindən söz getməməlidir.
Şəffaflıq.az xəbər verir ki, akademik vaksinlərin tam təhlükəsiz və effektivliyinin sübut olunmadığınl söyləyib.
“Vaksinləşməyə əsla getmək olmaz. Qadağan olunmalıdır. Birincisi vaksinin effektiv olub- olmayacağı barədə tam məlumat əldə etmək lazımdır, ikincisi onun təhlükəsizliyindən əmin olmalıyıq. Üçüncüsü də immunitetin ona davamlılığını anlamalıyıq. Hələ ki, belə məlumat yoxdur deyə insanları peyvənd olunmağa çağırmaq səhv olardı.
“İnfeksiya o qədərcədə qorxunc deyil, ölüm faizi də yüksək sayılmaz.Mənə belə gəlir ki vaksinasiya ilə bağlı məsələ artıq siyasi müstəviyə keçib və koronavirusla mübarizədən çox- çox uzaqa qalıb”,- deyən alim koronavirus vaksinini ən tez 2021-ci ildə istifadə edə bilməyin mümkünlüyünü qeyd edib.
Qeyd edək ki, akademik Vitali Vasilyeviç Zverev molekulyar biologiya sahəsində mütəxəssis, tanınmış mikrobioloqdur. Patogen mikroorqanizmlərin tədqiqi ilə uzun illər məşğul olub.
Rusiyada kornavirusa qarşı vaksin avqustun 15-dən hər kəs üçün əlçatan olacaq.Rusiyanın Səhiyyə Naziri vaksinin səmərəli olduğunu bəyan etsə də akademik Zverev öz çıxışı zamanı peyvənd etdirmək fikrində olmadığını söyləyib.
Facebook-da paylaş