Koronavirusla bağlı ŞAD XƏBƏR! - Peyvənd hazırlanıb. Sınaqlar aparılır
Şəffaflıq.az xəbər verir ki, ABŞ hərbçiləri koronavirus əleyhinə vaksinləri sınamağa başlayıblar. ABŞ ordusunun tibbi personalı Kovid-19 virusuna qarşı yenicə hazılanmış peyvəndi sınaqdan keçirməyə başlayıb. Bu barədə informasiyanı defenseworld.net. saytı yayıb.
Pentaqonda mətbuat üçün keçirilən, koronovirusun peyvəndi mövzusundan bəhs edən brifinqdə hərbçilər aparılan sınaqlar barəsində informasiya veriblər.
85 ölkədə 98 400 nəfər insanın yoluxduğu koronavirusdan indiyə qədər artıq 3350 insan həlak olub.
Pentaqonun Yoluxucu Xəstəliklərin Tədqiqi İnstitutunun direktoru Kayvon Mocarradın sözlərinə görə, sınaqların birinci mərhələsində peyvəndlərin siçanların üzərində yoxlanması nəzərdə tutulur.
Həftənin əvvəlində Çinin Xalq-Azadlıq ordusunun tədqiqat qrupu da koronavirusa qarşı vaksinin, həmçinin bioloji preparatın hazırlanmasında irəliləyiş əldə olunduğunu bəyan eləmişdi.
Hesab edilir ki, bu preparatdan həm xəstələri sağaltmaq üçün, hən də virusun yayılması ehtimal edilən yerlərdə profilaktika üçün istifadə edilə bilər.
Mocarrad vaksinlərin insanların üzərində sınaqdan keçiriləcəyi vaxtının dəqiqləşdirilmədiyini, lakin növbəti mərhələdə onların meymunların üzərində yoxlanılacağını bildirib.
Vaksin hazırlığı ilə bağlı açıqlama verən Quru Qoşunları Tibbi komandanı Maykl Talli laboratoriyalarının, xəstəliyə Nəzarət Mərkəzi (CDC), səhiyyə sənayesi və akademiyasının bir çox qurumlarla əməkdaşlıq edərək sınaq işlərinə başladıqlarını bildirib. O, vaksinin mümkün olan ən qısa müddətdə insanlar üzərində sınanmağa başlanacağını da söyləyib.
Facebook-da paylaş