Koronavirs daha iki ölkədə göründü
Şəffaflıq.az xəbər verir ki, Kamerunda və Serbiyada ilk dəfə Kovid-19 xəstəliyinə yoluxma halları aşkar edilib.
Çinin Vuhan şəhərində meydana çıxmış virus sürətlə yayılmağa davam edir.
Kamerunun Səhiyyə Nazirliyi 24 fevral tarixində ölkəyə daxil olmuş 58 yaşlı bir Fransa vətəndaşında yeni tipli virusun aşkar edildiyini bildirib.
Serbiyada 43 yaşlı bir kişinin Kovid-19 virusuna yoluxduğu bəyan edilib.
Ölənlərin sayı artır
Çin başda olmaqla, bütün dünyada yeni epidemiyadan ölənlərin sayı 3 383 nəfərə çatıb.
98 min nəfərdən artıq insanın xəstəliyə yoluxması halı qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş