ABŞ-da koronavirusdan ölənlərin sayı 17-yə çatdı

 

ABŞ-da daha iki nəfər koronavirus infeksiyasının qurbanı olub.
 
Şəffaflıq.az CNBC-yə istinadən xəbər verir ki, ölüm faktı ABŞ-ın Florida ştatında qeydə alınıb.
 
Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatıb.
 
Bundan əlavə, ABŞ-da yoluxma faktı da daha 15 nəfər artaraq 334-ə çatıb.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 238-ə çatıb. Bunların 57 623 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}