"Bu günə qədər 57 ölkədə "omikron" ştamı aşkarlanıb.
"Omikron" ştamının dünya üzrə yayılması pandemiyanın gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər, lakin onun təhlükəsi haqqında daha çox məlumat tələb olunur.
Şəffaflıq.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Bu günə qədər 57 ölkədə "omikron" ştamı aşkarlanıb. Biz onların sayının artacağını gözləyirik. "Omikron"un "delta"nı ötüb keçə bilməyəcəyini anlamaq üçün dünyadakı vəziyyəti yaxından izləmək vacibdir. Ona görə də biz bütün ölkələri sınaqları və peyvənd prosesini gücləndirməyə çağırırıq", - Qebreyesus deyib.
Xəbəri paylaş
Facebook-da paylaş