Dünyada koronavirusa yoluxanların sayı 107 milyonu ötdü


 

Dünyada koronavirusa yoluxanların sayı 107 milyonu ötüb. Son statistikaya görə, virusa yoluxanların sayı 107.148.359 nəfər, virusdan dünyasını dəyişənlərin sayı isə 2.340.685 olub. 79 milyondan çox insan isə virusa qalib gələrək, sağalıb.

Ölkələr üzrə koronavirusla bağlı son vəziyyət aşağıdakı kimidir:

ABŞ 27,7 milyondan çox yoluxma sayı ilə yenə də dünya ölkələri arasında liderdir. Ölkədə bu günə qədər 476,553 nəfər virusdan dünyasını dəyişib. Koronavirusa yoluxanların yalnız 17,5 milyon nəfəri virusdan sağalıb.

Hindistanda isə koronavirusa yoluxanların sayı 10,8 milyonu ötüb. Son günlərdə virusdan ölənlərin sayı sürətlə artmağa başlayıb. Son statistikaya görə, bu günə qədər virusa yoluxanların 155,234 nəfəri dünyasını dəyişib.

Braziliya koronavirusa yoluxma sayına görə üçüncü sırada olsa da, virusdan ölənlərin sayına görə ABŞ-dan sonra ikinci sıradadır. Bu günə qədər 232,248 nəfər virusdan dünyasını dəyişib.

Rusiyada isə koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşıb. Virusa yoluxanların 77,598 nəfəri dünyasını dəyişib. Bu günə qədər 3,4 milyondan çox xəstə virusa qalib gələrək sağalıb.

Böyük Britaniyada da koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Bu günə qədər ölkədə 3,972,148 nəfərdə koronavirus aşkarlanıb ki, onun da 113,850 nəfəri dünyasını dəyişib. Bununla da Böyük Britaniya virusa yoluxmaya görə ölkələr arasında beşinci, virusdan ölənlərin sayına görə isə dördüncü sıradadır. Hazırda ölkədə 1,9 milyondan çox aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya dünyanın 218 ölkəsində qeydə alınıb.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}