Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü!

 

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 783 nəfər olub. Viursdan ölənlərin sayı isə 327 min 218 nəfər çatıb. Statistikaya əsasən, virusa yoluxanların 1 milyon 971 min 366 nəfəri sağalıb.

ABŞ yoluxmaya görə, birinci sıradadır – 1 milyon 570 min 908 nəfər. Daha sonra isə yoluxma sırasına görə, Rusiya (308 min 705), Braziliya (271 min 885), İspaniya (288 min 803), İngiltərə (248 min 818) gəlir.

Virusdan ölüm sayına görə ABŞ yenə ilk sıradadır – 93 min 537 nəfər. ABŞ-dan sonra ikinci yerdə İngiltərədir – 35 min, 341 nəfər. Bu sayla İngiltərə Avropa ölkələri arasında birinci sıradadır.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 151 615 nəfər yoluxub, 4 199 nəfər ölüb. İranda isə 124 603 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 119 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, mayın 19-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 3 518-dir. Bu günə qədər ölkəmizdə 2 198 nəfər virusdan sağalıb, 41 nəfər dünyasını dəyişib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}