Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunları başlayır
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək. "Ordu" "Gəncə"nin qonağı olacaq. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" üstün olub - 108:106. Günün ikinci matçında NTD və "Neftçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94. Xatırladaq ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.
Xəbəri paylaş
Facebook-da paylaş








