Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub
Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, toplantını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şuranın yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib. Tədbirdə gündəlikdəki məsələlər və MOK-un nəzərdə tutduğu layihələrlə bağlı ictimaiyyətə məlumat verilib.
Facebook-da paylaş








