UEFA Avropa Liqasında bu gün yarımfinalçılar müəyyənləşəcək.
UEFA Avropa Liqasında bu gün yarımfinalçılar müəyyənləşəcək. Şəffaflıq.az-ın məlumatına görə, buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək. "Selta" evdə "Frayburq"u, "Betis" isə "Braqa"nı qəbul edəcək. "Nottinqem Forest" İngiltərədə "Portu" ilə üz-üzə gələcək. "Aston Villa" isə "Bolonya"nı sınağa çəkəcək. UEFA Avropa Liqası 1/4 final mərhələsi, cavab oyunları 16 aprel 20:45. "Selta" (İspaniya) – "Frayburq" (Almaniya) İlk oyun – 0:3 23:00. "Betis" (İspaniya) – "Braqa" (Portuqaliya) İlk oyun – 1:1 23:00. "Nottinqem Forest" (İngiltərə) – "Portu" (Portuqaliya) İlk oyun – 1:1 23:00. "Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya) İlk oyun – 3:1
Facebook-da paylaş








