Sumqayıtda zəncirvari qəza olub, dörd minik maşını və avtobus toqquşub


Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Qəza zamanı iki "Opel", bir "Jac", bir "Hyundai" markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}