Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb
Lənkəran rayonunda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib. Hərəkətdə olan "Opel Astra" markalı avtomobil idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Ətrafdakıların köməyi ilə T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








