Biləsuvarda yol qəzası olub, ölən var


Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 avtomobilin qəzaya uğraması nəticəsində nəqliyyat vasitələrindən birinin - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü Şərifağa Əmənov ölüb. Qeyd edək ki, "VAZ-2107" markalı avtomobil qəzadan sonra yanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}