Vətən müharibəsindən sonra 287 min hektardan çox ərazi minalardan təmizlənib
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 287 385 ha minalardan təmizlənib. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 255 200, o cümlədən 89 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib. V.Süleymanov bildirib ki, hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir: "Bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir".
Facebook-da paylaş








