MDM və Pakistanın Mərkəzi Depozitar Şirkəti Anlaşma Memorandumu imzalayıb


Milli Depozit Mərkəzi (MDM) və Pakistanın Mərkəzi Depozitar Şirkəti - "Central Depository Company of Pakistan Limited" (CDCPL) arasında Anlaşma Memorandumu imzalanıb.

Şəffaflıq.az bu bardə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, memorandumun məqsədi mərkəzi depozitar fəaliyyəti və kapital bazarları sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bilik, təcrübə və qabaqcıl təcrübələrin paylaşılmasıdır.

Sənəd çərçivəsində xidmətlər, korporativ idarəetmə, risklər, investor xidmətləri, biznes əməliyyat modelləri, texnoloji həllər, eləcə də depozitarların funksiyaları və daxili iş təcrübələri üzrə məlumat mübadiləsi nəzərdə tutulur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}