Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, bu gün keçiriləcək növbədənkənar sessiyasının iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: "Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş); "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş); "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş).
Xəbəri paylaş
Facebook-da paylaş








