Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupun iclası olub


Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupun növbəti iclası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərişıq" ASC və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun ilk rüblük hesabatı müzakirəyə çıxarılıb.

Yer təki istifadəçiləri tərəfindən normativ hüquqi aktların tələblərinə uyğun sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində görülən işlər, bu məqsədlə həyata keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib.

İşçi Qrupun əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılmasıdır. Həmçinin cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}