Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, təmsilçimiz finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi olub. Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








