Qaxda vətəndaş qəbulu keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qaxda vətəndaş qəbulu keçirib. Şəffaflıq.az xəbər verir ki, A. Quliyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "Qax, Oğuz, Şəki, Qəbələ, Balakən və Zaqatala rayonlarının sakinləri ilə keçirilən görüş zamanı şəhərsalma və ərazi planlaşdırılması, ərazilərin kompleks inkişafı, mühəndis və sosial infrastrukturun təkmilləşdirilməsi, eləcə də sahibkarlıq və investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində regionun dayanıqlı inkişafına xidmət edən məsələləri müzakirə etdik", - paylaşımda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş








